Bizim missiyamız — sərnişinlərlə sürücülər arasında qarşılıqlı əlaqəni yaxşılaşdırmaq, insanlara öz hədəflərinə doğru irəliləməkdə yardımçı olmaqdır.

2014-cü ildən etibarən biz müştərilərə mobil tətbiq, sayt və ya operatora zəng vasitəsilə uyğun qiymətə səfərlər etməyi mümkün etmişik Radio rabitə vasitəsi ilə yola çıxan sürücülər işləmək və daha çox sifariş almaq üçün rahat mobil tətbiq əldə etdilər.

Tbilisidə işə başlayaraq biz başqa şəhərlərdə də müasir servis təklif edirik, təklif etdiyimiz xidmətlərin və tariflərin çeşidlərini genişləndiririk. Xidmət vasitəsilə nəinki müxtəlif sinif minik avtomobilləri ilə səfər sifariş etmək, həm də yükdaşıma, yolda olan sürücülərə kömək, alış-veriş və çatdırılma xidmətləri də sifariş vermək olar.

Biz hər bir şəhərdə rəqabəti gücləndiririk, insanların rifahı və iqtisadiyyatın inkişafı üçün işləyirik, nəqliyyatın daha əlçatan olmasına və əhalinin mobilliyinin artmasına töhfə veririk, iş yerləri yaradırıq, sürücülərin, kuryerlərin və başqa sifariş icraçılarının qarşılıqlı sərfəli şərtlərlə pul qazanmalarına yardım edirik.

Bizim xidmət müxtəlif istifadəçilərə effektiv qarşılıqlı əlaqə yaratmağa kömək edir. Xidmətlər rahat üsulla sifariş olunur. Sifarişlərin yerinə yetirilməsi - onların axtarış proseslərini optimallaşdırmaqla, boş gedişlərin sayını və boş durmanın vaxtını azaltmaqla həyata keçirilir.

Biznesin idarə edilməsi sahəsində innovativ yanaşmamız və istifadəçilərin dəyişən tələblərinə uyğun olmaq arzusu ilə müasir nəqliyyat bazarının transformasiyası və formalaşmasında fəal şəkildə iştirak edirik.

Bizə dünya bazarının liderləri ilə eyni səviyyədə biznes yaratmaq xoşdur.

Getmək vaxtıdır!